Get Adobe Flash player

Milli tədqiqatlar

 

“Mərkəzləşdirilmiş qаydаdа keçirilən buraxılış imtahanlarının elmi-nəzəri əsаslаrı” – 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Mərkəzləşdirilmiş qаydаdа keçirilən buraxılış imtahanlarının elmi-nəzəri əsаslаrı” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqat prosesində müəyyən edilmiş istiqamətlər üzrə dünya təcrübəsinə aid məlumatlar, müvafiq ədəbiyyat və internet resursları toplanılmış və onların təhlili aparılmışdır. Əldə edilmiş məlumatlar, tədqiqat məsələləri ilə birbaşa əlaqəsi olan məsələlər müzakirə edilərək sistemləşdirilmişdir. Dünya təcrübəsinə əsaslanaraq qiymətləndirmə ilə bağlı bir sıra təhlillər də aparılmışdır. Tədqiqatda mərkəzləşmiş imtahanın necə təşkil edilməsi və keçirilməsi, onun gələcək statusunun düzgün təyin edilməsinə dair təkliflərin hazırlanması istiqamətində məsələlərə də xüsusi yer ayrılmışdır.

Hesabatın tam mətni (PDF formatında): “Mərkəzləşdirilmiş qаydаdа keçirilən buraxılış imtahanlarının elmi-nəzəri əsаslаrı” – 2012

 


 

“Ümumtəhsil müəssisələrinin rasionallaşdirilmasinin sosial-pedaqoji problemləri” – 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Ümumtəhsil müəssisələrinin rasionallaşdirilmasinin sosial-pedaqoji problemləri” mövzusuna dair tədqiqat işi aparılmışdır. Təhsil müəssisələrinin rasionallaşdırılması üçün zəruri olan bu sahələr haqqında obyektiv fikir söyləmək üçün həm yazılı mənbələr, internet saytlarında verilən fikir və mülahizələr, həm də Azərbaycan təhsil müəssisələrində qazanılmış təcrübəni öyrənmək, beynəlxalq məsləhətçi ilə fikir mübadiləsi aparmaq, mövcud vəziyyət öyrənilərək ümumi nəticə çıxarmaq və onun əsasında təhsilin gələcəyi haqqında mülahizə söyləmək qarşıya məqsəd qoyulur. Həmin məqsədə çatmaq üçün tədqiqat zamanı ayrı-ayrı mütəxəssislərlə (pedaqoqlarla) müsahibə aparılmış, müxtəlif təhsil müəssisələrində çalışan işçilər, təhsil şöbə müdirləri, məktəb rəhbərləri arasında sorğu vərəqi paylanmış, hər birinin vəzifə səlahiyyətinə müvafiq suallar daxil edilib obyektiv cavab vermək tələb olunmuşdur. “Təhsilin rasionallaşdırılması” geniş anlayış olduğundan, bu genişliyin, əhatəliliyin təhsilin keyfiyyətinə təsiri də müxtəlifdir. Təhsil tarixinin araşdırılması nəticəsində əldə olunan faktların təhlili , eyni zamanda məktəb təcrübəsi göstərir ki, təhsilin rasionallaşdırılmasının şərtləşdiyi çox mühüm amillərdən biri məktəbin, eləcə də bütün təhsil müəssisələrinin (məktəbəqədər təhsil müəssisəsi, ali məktəb və s.) tədris vəsaiti ilə təchiz olunmasıdır.

Hesabatın tam mətni (PDF formatında): “Ümumtəhsil müəssisələrinin rasionallaşdirilmasinin sosial-pedaqoji problemləri” – 2012


 

“Təhsilə psixoloji xidmətin aktual sosial-psixoloji problemləri” - 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Təhsilə psixoloji xidmətin aktual sosial-psixoloji problemləri” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqatda təhsil sistemində psixoloji xidmətin yaranması və təşkili barədə ümumiləşdirmələr aparılmış, aktuallıq kəsb edən sosial-psixoloji problemlər öyrənilmişdir. Azərbaycan məktəblərində psixoloji xidmətin yaranması və inkişafı ilə bağlı, onların iş prinsipi və modeli barədə aparılmış araşdırmaların nəticələri göstərilmişdir. Hesabatın tam mətni (PDF formatında): “Təhsilə psixoloji xidmətin aktual sosial-psixoloji problemləri” - 2012

 


 

“Azkomplektli məktəblərin mövcud problemləri” – 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Azkomplektli məktəblərin mövcud problemləri” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqatın məqsədi azkomplektli məktəblərin mövcud problemlərinin öyrənilməsi və müasir informasiya cəmiyyətində əsas təhsil infrastrukturu kimi fəaliyyət göstərən azkomplektli məktəb modelinin formalaşdırlması üçün təkliflər hazırlamaqdan ibarət olmuşdur. Tədqiqat prosesində respublikamızın Neftçala, Cəlilabad, Daşkəsən, Göygöl və s. rayonlarında azkomplektli məktəblərdə təhsil şöbələrinin müdiri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlərlə müsahibələr aparılmış, anket sorğuları keçirilmiş, əldə olunmuş materiallar ümumiləşdirilərək təhlil edilmiş,təkliflər hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında): “Azkomplektli məktəblərin mövcud problemləri” – 2012

 


 

“Təhsildə mərkəzi və yerli idarəetmə orqanları arasında planlaşdırma və hesabatvermə məsələlərinin araşdırılması və onların təkmilləşdirilməsi yolları” – 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə mərkəzi və yerli idarəetmə orqanları arasında planlaşdırma və hesabatvermə məsələlərinin araşdırılması və onların təkmilləşdirilməsi yolları” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqatda təhsil sisteminin dövlət xarakterli idarəolunmasının əsasında duran bir sıra vacib prinsiplərə toxunulmuşdur. Planlaşdırma və hesabatvermə məsələləti ilə bağlı təkliflər hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında): “Təhsildə mərkəzi və yerli idarəetmə orqanları arasında planlaşdırma və hesabatvermə məsələlərinin araşdırılması və onların təkmilləşdirilməsi yolları” – 2012

 


 

“Ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi nəzərə alınmaqla ibtidai müəllim hazırlığı üzrə 3 pilot ali təhsil müəssisəsində (Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti) tətbiq olunan təhsil proqramının məzmununun araşdırılması və birillik internatura daxil olmaqla onların təkmilləşdirilməsi yolları” - 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi nəzərə alınmaqla ibtidai müəllim hazırlığı üzrə 3 pilot ali təhsil müəssisəsində (Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti) tətbiq olunan təhsil proqramının məzmununun araşdırılması və birillik internatura daxil olmaqla onların təkmilləşdirilməsi yolları” mövzusuna dair tədqiqat aparılmışdır. Tədqiqat zamanı mövcud vəziyyət, qarşıya çıxan cətinliklər, onların aradan qaldırılması yolları ilə bağlı nəticələrə gəlinmiş, müvafiq təkliflər irəli sürülmüşdür.

Hesabatın tam mətni (PDF formatında): “Ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi nəzərə alınmaqla ibtidai müəllim hazırlığı üzrə 3 pilot ali təhsil müəssisəsində (Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti) tətbiq olunan təhsil proqramının məzmununun araşdırılması və birillik internatura daxil olmaqla onların təkmilləşdirilməsi yolları” - 2012

 


 

Ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlənməsi problemləri (tədris planlarının optimallaşdırılması) - 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlənməsi problemləri (tədris planlarının optimallaşdırılması)” mövzusuna dair tədqiqat aparılmışdır. Ölkədəki vəziyyət öyrənilmiş,eyni zamanda, dunyanin inkişaf etmiş ölkələrindəki tədris planları araşdırılmış, müqayisələr aparılmış, təkliflər hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında): Ümumi təhsil müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlənməsi problemləri (tədris planlarının optimallaşdırılması) - 2012


 

Azərbaycanın müxtəlif regionlarında qızların ümumi təhsilə cəlb edilməsində mövcud olan problemlər - 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş“Azərbaycanın müxtəlif regionlarında qızların ümumi təhsilə cəlb edilməsində mövcud olan problemlər” mövzusuna dair tədqiqat aparılmışdır.Problemlə bağlı məsələləri araşdırmaq üçun müxtəlif regionlarda vəziyyət öyrənilmişdir. Seçmə yolla Hacıqabul, Masallı, İmişli, Lerik, Yardımlı, Bərdə rayonlarında bir neçə məktəbdə uşaqların inkişafı izlənilmiş və müvafiq nətəcələrə gəlinmişdir.

Hesabatın tam mətni (PDF formatında): Azərbaycanın müxtəlif regionlarında qızların ümumi təhsilə cəlb edilməsində mövcud olan problemlər - 2012

 


 

“Əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri” - 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş Əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri” mövzusunda tədqiqat işində əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili məsələləri tədqiq edilmiş, ilk növbədə, Azərbaycanın ali təhsil müəssisələrində, o cümlədən, Müəllimlər İnstitutunda və onun filiallarında mövcud vəziyyətlə bağlı araşdırılmalar aparılmış, yerli və beynəlxalq təcrübələrə istinad edilmişdir.

Hesabatın tam mətni (PDF formatında): “Əlavə təhsilin müasir yanaşmalar əsasında təşkili problemləri” - 2012

 


 

“İlkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi məsələləri”- 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “İlkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi məsələləri” mövzusunda tədqiqat işi başa çatdırılmışdır. Tədqiqat zamanı mövzu ilə bağlı Almaniya, İngiltərə, Rumıniya, Belarus Respublikası, Rusiya Federasiyası və digər ölkələrin təcrübələri öyrənilmiş, əldə olunmuş məlumatlar, müasir meyllər və iqtisadiyyatda gedən sürətli dəyişikliklər nəzərə alınaraq təhlil edilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, əmək bazarının öyrənilməsindən əldə edilən məlumatdan tədris-təlim prosesinin təşkili və təlim proqramlarının hazırlanmasında istifadə edilməli, təkliflər onun əsasında hazırlanmalıdır.

Hesabatın tam mətni (PDF formatında): “İlkin peşə-ixtisas təhsili sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi məsələləri”- 2012

 


 

“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafi üzrə dövlət proqramı (2006-2010-cu illər) çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi” – 2012

Azərbaycan Resbublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafi üzrə dövlət proqramı (2006-2010-cu illər) çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi” mövzusuna dair tədqiqat işi aparılmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi və beynəlxalq təcrübəyə uyğunluğunun təhlili, həmçinin dövlət proqramı çərçivəsində tədbirlərin davamlı inkişafına nail olmaq üçün zəruri olan tədbirlərin müəyyənləşdirilməsi və icrası problemləri üzrə tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Tədqiqatın əvvəlində tədqiq ediləcək istiqamətlər üzrə mövcud vəziyyəti əks etdirən məlumatlar toplanmış və sistemləşdirilmişdir. Bu məlumatların dəyərləndirilməsi və Dövlət Proqramı çərçivəsində gözlənilən nəticələrə uyğunluğunun müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmışdır.

Hesabatın tam mətni (PDF formatında) : “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafi üzrə dövlət proqramı (2006-2010-cu illər) çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin təhlili və qiymətləndirilməsi” - 2012


 

Ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, onların «ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» əsasında tətbiqi məsələlərinin öyrənilməsi - 2012

Azərbaycan Respbublikasi Təhsil Nazirliyinin sifarişi ilə “Ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, onların «ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» əsasında tətbiqi məsələlərinin öyrənilməsi” mövzusuna dair tədqiqat aparılmışdır. Qiymətləndirmə standartlarının müxtəlif aspektlərdən analoji olaraq beynəlxalq standartlara uyğunluğu məsələsi təhlil edilmişdir. Həmçinin məzmun standartının qiymətləndirilməsinə xidmət edən qiymətləndirmə standartlarının – sxemlərinin tərtib edilməsində istinad olunmalı və əməl edilməli prinsiplər, diqqət mərkəzində saxlanılmalı amillər araşdırılıb göstərilmişdir.

Hesabatın tam mətni (PDF formatında) : Ümumi təhsildə qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, onların «ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» əsasında tətbiqi məsələlərinin öyrənilməsi - 2012


 

Ümumtəhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TIMSS, PRILS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrinin təhlili və təkliflərin hazırlanması - 2012

Azərbaycan Respublikasi Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş “Ümumtəhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TIMSS, PRILS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrinin təhlili və təkliflərin hazırlanması” mövzusunda tədqiqat aparılmışdır.Tədqiqat zamanı müvafiq istiqamətlər üzrə dünya təcrübəsinə aid məlumatlar, müvafiq ədəbiyyatlar, internet resursları toplanmış və onların təhlili aparılmışdır. Əldə edilmiş tədqiqatla birbaşa əlaqəsi olan və digər ölkələrdə aparılan analoji tədqiqatlarla bağlı məlumatlar müzakirə edilərək sistemləşdirilmişdir.

Hesabatın tam mətni (PDF formatında) : Ümumtəhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, milli qiymətləndirmə və TIMSS, PRILS beynəlxalq qiymətləndirmə proqramları) nəticələrinin təhlili və təkliflərin hazırlanması - 2012


 

Təlim prosesində yeni pedaqoji və İKT texnologiyalardan istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri – 2012 Azərbaycan Respublikası Təhsil Nazırliyinin sifarişi əsasında yerinə yetirilmiş bu tədqiqat işində yeni pedaqoji və İKT texnologiyalardan təlim prosesində istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri araşdırılıb. Təhsildə, təlim-tərbiyə prosesində texnologiyanın və texnoloji yanaşmanın tətbiqi sosial fəaliyyətdə yeni strateji inkişaf istiqaməti olub, böyük elmi və təcrübi əhəmiyyət kəsb edir. Hazırda, təhsil sistemində texnologiya termininin işlənilməsinə və başa düşülməsinə münasibətlərdə müxtəlif meyllər, yanaşmalar mövcuddur. Hesabatda pedaqoji texnologiyalar mahiyyət etibarı ilə təlim-tərbiyə prosesinin layihələşdirilməsinin sistemli metodu kimi səciyyələndirilir. Pedaqoji texnologiya prosessual kateqoriya kimi bilavasitə müəllimin və şagirdin fəaliyyəti ilə, təlim və tərbiyənin strukturu, vasitələri, metodları və s. ilə bağlıdır. Pedaqoji texnologiyada təlim və tərbiyə prosesinin ayrı-ayrı vəzifələri – məqsədyönlülüyü və optimallığı müəyyən edilir, bütün metodik vasitələr kompleks şəkildə dəyərləndirilir, onların təhsilin məzmununa, şagird kontingentinin səviyyəsinə və pedaqoji texnologiyaların nəticələrinə nə dərəcədə adekvat və məzmunca səmərəli olması açıqlanır. Bu mənada da təlim-tərbiyə prosesində pedaqoji texnologiyaların nəticələrinin nə dərəcədə səmərəli olması başlıca meyar hesab olunur. Bu tədqiqat hesabatında pedaqoji texnologiya müəyyən elmi-pedaqoji və metodik aspektlərdən təhlil edilib.

Hesabatın tam mətni (PDF formatında): Təlim prosesində yeni pedaqoji və İKT texnologiyalardan istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri – 2012


 

Yeni fənn kurikulumları əsasında hazırlanmış dərsliklər komplektlərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri - 2012 Azərbaycan Respublikası Təhsil Nazırliyinin sifarişi əsasında “Yeni fənn kurikulumları əsasında hazırlanmış dərsliklər komplektlərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqatda yeni fənn kurikulumları əsasında hazırlanmış dərsliklərin təhlili ön plana çəkilmişdir. Ayrı-ayrı fənlər üzrə kurikulumlara əsasən hazırlanan dərsliklərin xüsusiyyətləri, müsbət və nöqsanlı cəhətləri müəyyən olunmuş, onların təkmilləşdirilməsi istiqamətində təkliflər verimişdir. Hesabatın tam mətni (PDF formatında): Yeni fənn kurikulumları əsasında hazırlanmış dərsliklər komplektlərinin təhlili və təkmilləşdirilməsi istiqamətləri - 2012

 


 

Uşaqların məktəbə müsabiqə yolu ilə (testlərlə) qəbulu probleminin tədqiqi – 2012

Azərbaycan Respublikası Təhsil Nazırliyinin sifarişi əsasında “Uşaqların məktəbə müsabiqə yolu ilə (testlərlə) qəbulu probleminin tədqiqi” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqat işi ilə əlaqədar nəzəri metodik ədəbiyyat təhlil edilmiş, ümumtəhsil məktəblərinə şagird qəbulu ilə bağlı dövlət sənədləri, lisey və gimnaziyaların nizamnamələri araşdırılmış, məktəb direktorları, ibtidai sinif müəllimləri və valideynlərlə anket sorğuları keçirilmişdir. Problemlə bağlı dünya ölkələrinin (Rusiya, Yaponiya, İspaniya, Amerika, Fransa, Estoniya, Çin, İtaliya, Çexiya, Almaniya, Latviya və İsveç) I sinfə qəbul qaydaları da araşdırılmışdır. “Uşaqların məktəbə müsabiqə yolu ilə (testlərlə) qəbulu problemlərini araşdırmaq məqsədilə şöbə işçiləri Bakı şəhərinin və regionların məktəblərinə ezam olunmuşlar. Geniş miqyaslı anket sorğuları, müsahibələr, söhbətlər aparılmış, problemlə bağlı alınan nəticələr ümumiləşdirilmişdir. Nəticədə uşaqların I sinfə qəbulunun təkmilləşdirilməsi və Təhsil Nazirliyinin təlimatına tam riayət edilməsini təmin etmək məqsədi ilə təkliflər də hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında): Uşaqların məktəbə müsabiqə yolu ilə (testlərlə) qəbulu probleminin tədqiqi – 2012

 


 

Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri (Beşyaşlıların məktəb təliminə hazırlığının təşkili məsələlərinin tədqiqi) - 2012

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” (Beşyaşlıların məktəb təliminə hazırlığının təşkili məsələlərinin tədqiqi) mövzusunda tədqiqat aparılmış, müvafiq təkliflər hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında) : Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri (Beşyaşlıların məktəb təliminə hazırlığının təşkili məsələlərinin tədqiqi) - 2012

 


 

İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili – 2012

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə 2012-ci ildə “İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili” mövzusunda tədqiqat aparılmışdır. Tədqiqat zamanı təhsil nazirinin 29 dekabr 2011-ci il tarixli, 11/1446 nömrəli əmrinə əsasən “Şirvan, Mingəçevir şəhərlərində, Lənkəran, Saatlı, Sabirabad, Yevlax, Balakən, Zərdab rayonlarında yeni fənn kurikulumları tətbiq edilən ibtidai siniflərdə təlimin təşkili və müasir tələblər baxımından həyata keçirilməsi vəziyyəti” ilə bağlı aparılmış araşdırmaların nəticələrinə istinad edilmiş, problemlə bağlı beynəlxalq təcrübə də öyrənilmişdir. Araşdırmalar əsasında fənnin bir və ya bir neçə müəllim tərəfindən aparılmasına dair təkliflər hazırlanmışdır.

Hesabatın tam mətni (PDF formatında): İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili – 2012

 


 

İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin təhlili – 2012

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişinə əsasən Təhsil Problemləri İnstitutunda “İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin təhlili” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdır. Bu tədqiqatın aparılmasında məqsəd ümumtəhsil məktəblərinin I-IV siniflərində (Azərbaycan dili, Təlim digər dillərdə olan məktəblərdə Azərbaycan dili, Riyaziyyat və Həyat bilgisi) fənn kurikulumlarının tətbiqi vəziyyətini öyrənmək və müvafiq təkliflər hazırlamaqdan ibarət olmuşdur. Aparılan tədqiqatlarda kurikulumların tətbiqi vəziyyəti müxtəlif aspektlərdən öyrənilmişdir. 2012-ci ildə AR TN sifarişi ilə verilmiş “İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin təhlili” mövzusu tədqiq edilərkən bu vaxta qədər aparılmış tədqiqatların nəticələrinə istinad edilmişdir.

Hesabatın tam mətni (PDF formatında): İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin təhlili - 2012

 


 

Milli qiymətləndirmə hesabatı - 2011

2011-ci il Milli Qiymətləndirmə tədqiqatı Dünya Bankının dəstəklədiyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. Milli qiymətləndirmənin əsas məqsədi seçilmiş fənlər üzrə şagirdlərin nailiyyətlərini ölçmək və ona müxtəlif amillərin təsirini öyrənməkdir. Bu təsiri bilməklə təhsil sahəsində aparılan zəruri dəyişikliklərin istiqamətini müəyyənləşdirmək mümkündür. Bura məktəblərin şəraiti, kitabxanaların kitablarla təminatı, fənn proqramları, dərsliklərin hazırlanması, təlim strategiyaları və s. aiddir.

Hesabatın tam mətni: Milli qiymətləndirmə hesabatı - 2011

 


 

Kurikulum Mərkəzinin elmi-tədqiqat işlərinin nəticələri

Kurikulum Mərkəzi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri: 2010-cu ildə Kurikulum Mərkəzində üç şöbə və dörd bölmədə 34 elmi əməkdaşla 2 istiqamətdə, 3 problem üzrə 49 mövzuda elmi-tədqiqat işləri aparılmışdır. Aparılmış elmi-tədqiqat işlərindən aşağıdakı nəticələr əldə olunmuşdur: Məktəbəqədər təhsil üzrə nəticəyönümlü standart və kurikulumların hazırlanması qloballaşma şəraitində ən müasir təhsil texnologiyalarının nəzərə alınmasını, ən başlıcası geniş ictimai fikrə, cəmiyyətdəki maraqlı tərəflərin arzu və tələblərinə əsaslanmağı tələb edir.

Hesabat: Kurikulum Mərkəzinin ETİ-nin nəticələri.pdf

 


 

Milli qiymətləndirmə hesabatı - 2009

2009-cu il Milli Qiymətləndirmə tədqiqatlarının sınaq mərhələsi Dünya Bankı tərəfindən dəstəklənən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə əsasən keçirilmişdir. Milli qiymətləndirmənin əsas məqsədi seçilmiş fənlər üzrə şagirdlərin nailiyyətlərini ölçmək və ona müxtəlif amillərin təsirini öyrənməkdir. Bu təsiri bilməklə təhsil sahəsində aparılan zəruri dəyişikliklərin istiqamətini müəyyənləşdirmək mümkündür. Bura məktəblərin şəraiti, kitabxanaların kitablarla təminatı, fənn proqramları, dərsliklərin hazırlanması, təlim strategiyaları və s. aiddir.

Hesabatın tam mətni (PDF formatında): Milli qiymətləndirmə hesabatı - 2009

 


 

Müşahidəli tədqiqatlar

Azərbaycan Respublikasında təhsil islahatlarının həyata keçirilməsi şəraitində, xüsusilə 2006-cı ildə hökumətin qəbul etdiyi və 2008-ci ilin sentyabrından başlayaraq ölkənin bütün məktəblərinin ibtidai siniflərində həyata keçirilməyə başlayan yeni kurikulumun tətbiq edilməsi şəraitində müəllimlərin rast gəldikləri çətinliklər bu hesabatda öz əksini tapmışdır. Azərbaycan Respublikasının yeni milli kurikulumu o məqsədlə tərtib edilmişdir ki, yüksək səviyyəli bacarıqlara, yaradıcılığa, tənqidi təfəkkür və ömür boyu təlim bacarıqlarına dair müasir Azərbaycan cəmiyyətində baş verən dəyişikliklər nəticəsində yaranmış olan və getdikcə artmaqda olan tələbat ödənilsin. Yeni milli kurikulumda (2006) nəzərdə tutulan vəzifələr tələb edir ki, köhnə, ənənəvi orta təhsil və kurikulum elmi biliyə və nəzəri cəhətdən istedadlı olan şagirdlərə xüsusi diqqət yetirən sistem olmaqdan imtina edərək, müxtəlif təlim üslublarını qəbul edən və bütün şagirdlərin uğur qazanmasını təmin edən şəxsiyyətyönümlü təhsil fəaliyyətinə çevrilsin.

Hesabat: Müşahidəli hesabat.pdf

 


 

Təhsil və yoxsulluğun azaldılması

Azərbaycan Hökuməti ilə (AH) Dünya Bankı arasında məlumatların toplanılması və yoxsulluğun təhlili sahəsində ölkənin potensialının gücləndirilməsi məqsədini daşıyan yoxsulluğun monitorinqi və bilik mübadiləsi sahəsində çoxillik əməkdaşlıq ənənələri mövcuddur. Azərbaycan: Yaşayış səviyyəsinin qiymətləndirilməsinə dair hesabatı bu qəbildən olan əməkdaşlığın ən son bariz nümunəsidir. Sözügedən hesabat Azərbaycanda Yoxsulluğun Proqramatik Qiymətləndirilməsi (FY08–FY10) layihəsi çərçivəsində üç il müddətinə həyata keçirilən işlərin əsas nəticəsidir. Sözügedən layihənin komponentlərinə ölkə üzrə ev təsərrüfatlarının reprezentativ sorğusu, ünvanlı sosial yardım (ÜSY) proqramlarının monitorinqi və qiymətləndirilməsi, texniki yardım və potensialın artırılması, eləcə də, AH-nin tərəfdaşları ilə birgə həyata keçirilən təhlillər daxildir. Bu fəsildə təhsil ilə yoxsulluğun azaldılması arasında əlaqədən və Azərbaycanın hərtərəfli, diversifikasiya etmiş və qlobal səviyyədə rəqabət qabiliyyətinə malik artımdan ibarət ambisiyalı məqsədinin əldə edilməsində təhsilin rolundan bəhs edilir. Burada təhsil sisteminin cari vəziyyəti, təhsilin keyfiyyəti və müxtəlif sosial qruplar üzrə təhsilə çıxış imkanı baxımından fərqlər barədə ümumi məlumat verilir.

Hesabat: Təhsil pdf

 


 

 

Kurikulum islahatı: reallıqlar və perspektivlər

Təhsil Nazirliyinin 10 noyabr 2009-cu il tarixli 11/686 nömrəli əmrinə əsasən yeni fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə təlimin təşkili məsələlərini öyrənmək, müəllimlərə və məktəb rəhbərlərinə əməli köməklik göstərmək üçün respublikanın müxtəlif bölgələri əhatə olunmaqla Gəncə, Mingəçevir şəhər, Bərdə, Şəmkir, Balakən, Salyan, Beyləqan, Yardımlı, Qusar, Saatlı, Gədəbəy, Biləsuvar, Oğuz və Siyəzən rayonlarına bir qrup mütəxəssis ezam olunmuşdur. Kurikulum siyasətinin həyata keçirilməsi ilə bağlı 2009-2010-cu tədris ili üçün ŞTİ/RTŞ, eləcə də, seçmə yolla bir neçə məktəb rəhbərləri və ibtidai siniflər üzrə metodbirləşmə sədrlərinin fəaliyyət planları təhlil edilmişdir. İbtidai sinif müəllimlərinin illik və cari planlaşdırmaları nəzərdən keçirilmiş və təlimin təşkilinə verilən müasir tələblər baxımından I-II siniflərdə dərslər müşahidə edilmiş, şagird nailiyyətlərinin qiymətləndirilməsi vəziyyəti öyrənilmişdir.

Hesabat: Monitorinqin nəticələri

 


 

Azərbaycanlı şagirdlərin riyaziyyat və oxu üzrə bacarıqları: PİSA 2006 çərçivəsində riyaziyyat üzrə nisbətən yüksək, oxu üzrə isə nisbətən aşağı müvəffəqiyyət dərəcəsinin mümkün səbəbləri

Bu tədqiqat Dünya Bankının təşəbbüsü və köməyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) tərəfindən keçirilən tədqiqatın nəticəsidir. Bu tədqiqatın məqsədi PİSA 2006 nəticələrinə uyğun olaraq, Azərbaycanlı şagirdlərin oxu üzrə aşağı səviyyəli nailiyyətlərilə müqayisədə, riyaziyyat üzrə nailiyyətlərinin nisbətən yüksək olmasının səbəblərini müəyyən etmək idi. Bu tədqiqat 2008-ci ilin dekabrından 2009-cu ilin sentyabrına qədər davam etmişdir. Bu tədqiqatda 15 yaşlı şagirdlər (PİSA-nın istifadə etdiyi yaş qrupu), habelə müəllimlər, məktəb direktorları və kurikulum ekspertləri iştirak etdilər. Bu tədqiqat əsnasında məlum oldu ki, bir neçə amil, o cümlədən əlifba dəyişikliyi, qiymətləndirmə istiqamətlərinin və nümunə seçmə startegiyalarının fərqli olması şagirdlərin hər iki test üzrə müvəffəqiyyət dərəcələrinə həlledici təsir göstərə bilərdi. Digər amillər, misal üçün, tədris vəsaitlərinin, dərsliklərin və təlim keçmiş heyətin, şagirdləri öyrənməyə həvəsləndirən amillərin və kurikulum çərçivəsinin olmaması da bu iki qiymətləndirmənin nəticələrinə təsir göstərdi.

Hesabat: MTTYM pdf

 


 

2008/2009-cu tədris ilində I siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sosioloji soruğunun nəticələri

“Siqma” inkişaf və beynəlxalq əməkdaşliq tədqiqatlar mərkəzi 2008-2009-cu tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı 2009-cu ilin aprel-avqust aylarında sorğu keçirib. Sorğunun texniki tapşırığına əsasən 2008-2009-cu tədris ilində 1-ci siniflərdə tətbiq olunmuş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət ya mənfi cəhətlərin aşkar edilməsi, ümümilikdə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və digər məsələlər qarşıya qoyulub. Sorğu sayəsində 2008-2009-cu tədris ili ərzində yeni kurikulumun gerçəkləşməsində birinci sinif dərsliklərinin yüksək effektivliyi üzə çıxıb, ümumilikdə bütün tədris sahəsində xeyli dərəcədə müsbət dəyişikliklərin baş verdiyi bir daha təsdiqini tapıb.

Hesabat: Sigma.pdf

 


 

Şagird nailiyyətlərinin araşdırılması proqramı

İƏİT-nin Şagird nailiyyətlərinin beynəlxalq proqramı – РİSA (Program for International Student Assessment) özünün dünya iqtisadiyyatının 90 %-ə yaxın olan hissəsini təşkil edən ölkələrdə 15 yaşlı şagirdlər arasında araşdırmalarının köməyi ilə aşağıdakı suallara cavab axtarmaq niyyətindədir. Şagirdlər gələcəyin tələblərinə cavab vermək üçün yaxşı hazırlanıblarmı? Onlar öz fikirlərini effektiv şəkildə təhlil edə, buna dair mühakimə yürüdə və ünsiyyət qura bilirlərmi? Onlar effektiv təlim strategiyalarından istifadə edirlərmi və həyatın sonuna qədər onlarda təlimi davam etdirmək marağı varmı? Bu proqram İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən hər üç ildən bir həyata keçirilir. Proqramın əsas məqsədi bilavasitə tədris proqramlarının mənimsənilməsi səviyyəsinin öyrənilməsinə deyil, 15 yaşlı şagirdlərin qazandıqları bacarıqlardan istifadəetmə (ayrı sözlə, problemləri həll etmək - problem solving) imkanlarının qiymətləndirilməsinə yönəlmişdir.

Hesabat: PISA 2006.pdf

 


 

Milli Kurikulum islahatının təhlili və keyfiyyətinin araşdırılması

Bu tədqiqatı aparmaqda məqsəd Azərbaycanda həyata keçirilən kurikulum islahatının cari vəziyyətini təhlil etməkdir. Kurikulum islahatının ümumi icra qaydası, indiyədək hazırlanmış və Milli Kurikuluma daxil edilmiş bir sıra əsas sənədlərin keyfiyyəti (İbtidai təhsil üzrə çərçivə kurikulumu və fənn kurikulumları), habelə yeni kurikulumun həyata keçirilməsinə hazırlıq tədbirlərinin vəziyyəti bu tədqiqat əsnasında nəzərdən keçirilmişdir. Hesabatın “Çıxarılan nəticələr” bölməsində müvafiq sənədlərin və icra üsullarının təkmilləşdirilməsinə dair təkliflər və tövsiyələr də verilmişdir.

Hesabat: Crisan.pdf

 


 

Kurikulum, təlim materiallarının hazırlanması və qiymətləndirmədə institusional bazanın gücləndirilməsi

Bu bölmədə “CITO”-nun müqavilədə nəzərdə tutulmuş tapşırıqlarının, layihənin təşkilinin,tövsiyələrinin və layihənin nəticələrinin qısa xülasəsi verilir. Layihə qarşıya qoyduğu hədəflərə nail olmuşdur. “CITO” ilə müqavilədə qeyd edilmiş bütün məsələlər əhatə olunmuşdur. Nəticələr əlavələrdə göstərilmiş müxtəlif fəsillərdə və nümunələrdə müzakirə edilir. Ana dili və riyaziyyat üzrə kurikulumların müxtəlif hissələri bu fənlərin yeni tədrisi üsullarına dair misalları özündə əks etdirir. Standartların hansı məktəbdaxili qiymətləndirmə və milli qiymətləndirmə əsasında hazırlanması məsələsi müzakirə edilmişdir. Obyektiv, etibarlı suallar, testlərə dair tələblər göstərilmişdir. Bu tələblər əsasında sınaq milli qiymətləndirmə testi hazırlanmışdır.

Hesabat: CITO.pdf

 


 

Ümumi təhsilin dövlət standartları və Kurikulum islahatı

Milli кuriкulum Azərbaycanda gələcəк nəsli nə gözlədiyini və habelə, arzu оlunan gələcəyi qurmaq üçün lazım оlan biliкləri, bacarıqları, baхışları və dəyərləri müəyyən etməlidir. О,mütərəqqi, ədalətli, demокratiк və rəqabət qabiliyyətli cəmiyyət üçün vətəndaşların hazırlanmasını nəzərdə tutmalıdır. Кurriкulum üzrə gələcəк perspeкtivləri əкs etdirən sənədin hazırlanması təhsil, iqtisadiyyat, əməк bazarı, səhiyyə, sоsial təminat və mədəniyyət кimi sahələrdə оlan eкspertlərin коlleкtiv vəzifəsi оlmalı və Azərbaycan хalqının həyat tərzinin yaхşılaşdırılmasına хidmət etməlidir. Belə bir inteqrasiya оlunmuş sənədin hazırlanması üçün seкtоrlar arasında dialоqların aparılması meхanizmləri və кuriкulumun hazırlanması, yenidən baхılması və qiymətləndirilməsini təmin edən sistemlər yaradılmalıdır. Sоnuncu təlim nəticələri Azərbaycanda gedən dəyişiкliкlərə uyğunlaşdırılmasını nəzərdə tutur.

Hesabat:  Hitendra.pdf 

 

free counters  ILK-10 Azeri Website Directory