Get Adobe Flash player

2014/2015-ci tədris ilində ibtidai təhsil səviyyəsində və 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə 

Kredit Nö.: 4394AZ 

 

Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. 

 

TSİİL-in ibtidai (1-4-cü siniflər), ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhvəsi olmuşdur. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur. 2014/2015-ci tədris ilində ibtidai siniflərdə və 5-7-ci sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlərin keçirilməsinə ehtiyac yaranmışdır. 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir:

1.Müqavilə Nö. 4394AZ-QCBS-246: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Ədəbiyyat, Ana dili və qeyri-azərbaycan bölməsi üçün Azərbaycan dili fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

2.Müqavilə Nö. 4394AZ-QCBS-247: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Xarici dil fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

3.Müqavilə Nö. 4394AZ-QCBS-248: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Riyaziyyat fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

4.Müqavilə Nö. 4394AZ-QCBS-249: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən İnformatika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

5.Müqavilə Nö. 4394AZ-QCBS-250: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Azərbaycan tarixi Ümumi tarix fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

6.Müqavilə Nö. 4394AZ-QCBS-251: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Musiqi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

7.Müqavilə Nö. 4394AZ-QCBS-252: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

8.Müqavilə Nö. 4394AZ-QCBS-253: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Həyat bilgisi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

9.Müqavilə Nö. 4394AZ-QCBS-254: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Texnologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

10.Müqavilə Nö. 4394AZ-QCBS-255: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Fiziki tərbiyə fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

11.Müqavilə Nö. 4394AZ-QCBS-256: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Biologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

12.Müqavilə Nö. 4394AZ-QCBS-257: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Coğrafiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

13.Müqavilə Nö. 4394AZ-QCBS-258: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Fizika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

14.Müqavilə Nö. 4394AZ-QCBS-259: 2014/2015-ci tədris ilində 7-ci sinifdə dərs deyəcək Kimya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim

15.Müqavilə Nö. 4394AZ-QCBS-260: 2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlim

 

Təlimlər Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir. 

 

Xidmətlərin icra müddəti: iyun-dekabr 2014-cü il 

 

Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:

•müraciət məktubu;

•yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;

•müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;

•nizamnamə. 

 

Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:

Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması;

Məktəblərlə bağlı layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi;

Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.

 

Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

 

Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. 

 

Maraqların İfadəsi yazılı şəkildə 20 dekabr 2013-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:

 

Layihənin Əlaqələndirmə Qrupu,

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.

Əlaqələndirici şəxs: Yeganə Manafova

Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

 

Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

 

 

 

 

 

free counters  ILK-10 Azeri Website Directory