Get Adobe Flash player

Təhsil Problemləri İnstitutunun loqosunun təqdimatı keçirilib

27 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (TPI)  institutun loqosunun təqdimetmə mərasimi keçirilib.  Tədbiri giriş sözü ilə açan institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  öncə bu il ərzində institutda aparılan islahatlar və yeniliklər barədə məlumat verib. O bildirib ki,  Təhsil Nazirliyinin institut qarşısında qoyduğu tapşırıqlar zamanında baxılaraq araşdırılır və müzakirə olunur. Nəticədə TPİ-də görülən işlərin Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının hədəflərinin gerçəkləşdirilməsində institutun fəaliyyətini qənaətbəxş hesab edib. 

 

Daha sonra Qulu Novruzov TPİ-nin gələcək fəaliyyət planı və görüləcək işlər barədə danışıb. Nəhayət institutun loqosunun  yaranması münasibəti ilə  kollektivi təbrik etdi.

 Natiq institutun yeni struktur dəyişiklikləri barədə məlumat  verdi və loqonun yaradılmasının  zərurəti barədə danışdı. İnstitutun  loqosunun  yaradılmasını rəhbərlik etdiyi təhsil ocağında  görülən işlərin növbəti uğuru kimi qiymətləndirdi. 

 

Loqonun elementləri barədə məlumatı qonaqlara açıqlamaq üçün sözü   institutun Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənova verdi. O loqonun başlıca xüsusiyyətləri barədə təqdimat edərək  bildirdi ki, Təhsil Problemləri İnstitutunun loqosu təmsil etdiyi müəssisənin tam şəkildə əks etdirən bir neçə elementlərə malikdir. Qeyd olunub ki, pero – yaradıcılıq, tədqiqat, elmi zəhməti, kitab – tədqiqatın, yaradıcılığın əsası kimi informasiya mənbəyini,  məzun papağı – elimli, kamil, yetkin və papaq daşıyaraq qeyrətli insan obrazını, 8 güşəli ulduz-dövlətçilik və millilik atributunu özündə əks etdirir.  

  

Tədbirin ikinci hissəsində İnstitutun əməkdaşları elmi məsləhətçi R. Xəlilovun və əlavə təhsilin kurikulumu şöbəsinin müdiri A. Əliyevanın  Qazaxıstan  Respublikasına səfərinin hesabatı dinlənildi.

 

Tədbirin sonunda jurnalistlərə institutun loqosunu əks etdirən hədiyyələr təqdim olundu. Təqdimetmə mərasimində Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçiləri, şöbə müdirləri, institutun əməkdaşları və mətbuat nümayəndələri iştirak edirdilər.   

 

 

 

 

 Təhsil Problemləri İnstitutunun

Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 

 

 

 

 

free counters  ILK-10 Azeri Website Directory