Ana Səhifə
Resurslar
Dərslər
Video dərs nümunələri
Digər siniflər üzrə nümunəvi dərslər
Almaz Həsrət - Zoologiya, 8-ci sinif
Resurslar
Dərslər
Video dərs nümunələri
Digər siniflər üzrə nümunəvi dərslər
Almaz Həsrət - Zoologiya, 8-ci sinif

Həsrət Almaz İsrail qızı - Bakı şəhərindəki milli qəhrəman, şəhid Ələkbər Əliyev adına 204 saylı orta məktəbin biologiya müəllimi, 2008-2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi. Bu videoda təqdim edilən dərs "Araz" Ekologiya Liseyinin 8-ci sinfində keçirilən zoologiya fənninə aiddir. Dərsdə lentşəkilli qurdlar sinfinin nümayəndəsi olan öküz soliterinin xarici və daxili xüsusiyyətləri, parazit fəaliyyəti, insanda törətdiyi xəstəliklər barədə məlumat verilməsi məqsədi güdülmüşdür. Dərsin tipi yeni biliklərin mənimsənilməsi, bilik, bacarıq və vərdişlərin kompleks halda tətbiq edilməsi, biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi, biliyin qiymətləndirilməsidir (şagirdlərin öz-özünü qiymətləndirməsi). İstifadə edilən metodlar - interaktiv təlim üsulları: beyin həmləsi, BİBO cədvəli, klaster, insert. Təchizat: kompüter, proyektor, elektron dərslik (CD), mövzuyla bağlı plakat, interaktiv əyani vəsaitlər. Dərs PPT və fləş təqdimatı formasında keçilmişdir (oyunlar və s. şəklində).
Bu videonu bilgisayarınıza yükləmək üçün, lütfən, buraya tıqlayın.
Click to download in FLV format (88.53MB)
Dil seçimi
Faydalı bağlantılar



