İntenet bağlantınızı yoxlayın...

Haqqımızda

“Kurikulum MMC” regionlarda yaşayan əhalinin və maddi vəziyyəti peşəkar müəllimlərə müraciət etməyə kifayət etməyən abituriyent və müəllim namizədlərini professional tədris imkanları ilə təmin etmək məqsədilə yaradılmış tam müstəqil Elektron Təhsil Platformasıdır. Heyətimiz mütəmadi şəkildə AR Təhsil Nazirliyi və DİM-nin proqramlarını analiz edərək onların təhsil standartlarını öz sisteminə tətbiq edir.
 
"Kurikulum MMC" ilk mərhələdə yalnız Abituriyent, MİQ, Sertifikasiya və DQ-yə hazırlıq sahələrində fəaliyyət göstərsə də, sonrakı mərhələlərdə bütün tədris sektorlarında, o cümlədən İT, biznes, mühasibatlıq, marketinq, incəsənət, dizayn və digər sahələrdə hər kəs üçün peşəkar təlimçilərdən daha sərfəli tədris proqramlarını təmin etməyi qarşısına məqsəd qoymuşdur.

Şirkətimiz yeni yaranmasına baxmayaraq, elektron tədris sektorunda dünya səviyyəli şirkətlərin (istər fəaliyyət göstərdiyi ölkələrin təhsil proqramları çərçivəsindən, istərsə də beynəlxalq arenada çoxdilli tədris proqramları ilə çıxış edən elektron tədris platformaları) fəaliyyətini dərindən araşdırıb bütün üstünlüklərini tətbiq etməyə və eyni zamanda anadilli kütlənin (Azərbaycan dili) maraqlarını nəzərə alan yenilikləri əlavə etməklə sizə ən yüksək səviyyədə xidmət göstərir.

Xidmətlərimizdə keyfiyyət standartını tətbiq etmək məqsədilə əməkdaşlıq etdiyimiz təlimçi (müəllim) heyəti öz sahələrində ən yüksək nailiyyətləri olan müəllimlər arasında müsabiqə yolu ilə seçilmişdir.

İrad və təkliflərinizi internet səhifəsinin müvafiq bölmələrindən bizə bildirməklə sizə daha yaxşı xidmət göstərməyimizə töhfə vermiş olacaqsınız.

Hər birinizə imtahanda uğurlar!